Şəxsiyyət vəsiqələrinə görə yeni RÜSUMLAR

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında  ölkə  vətəndaşının  şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni rüsum dərəcələri müzakirəyə çıxarılıb. 

 

Təklif “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərdə əksini tapıb . Dəyişikliklərə əsasən,  Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, 3 iş günü müddətində verilməsinə və ya dəyişdirliməsinə görə 25 manat, 1 iş günü müddətinə verilməsinə və ya dəyişdirilməsinə görə isə 35 manat rüsum tutulur. Layihə səsə qoyularaq qəbul olunub. Qanun 2015-ci ilin dekabr dekabr ayının 1-dən qüvvəyə minir.