Yeni rüsum müəyynləşdirildi- 50 manat

Azərbaycanda aktuari şəhadətnaməsinin verilməsi üçün tutulan dövlət rüsumunun məbləği müəyyənləşdirilib. 

Qaynar.info xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi imzalaylb.

Beləliklə, aktuari şəhadətnaməsinin verilməsinə görə  məbləğ 50 manat həcmində müəyyənləşdirilib.

Qeyd edək ki, aktuari fəaliyyəti ilə sığorta nəzarəti orqanının verdiyi müvafiq şəhadətnaməyə aktuari şəhadətnaməsi deyilir.