Elektron ticarət və gömrük rüsumu (İZAH)

 

Beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə heç bir ödəniş edilmədən gətirilə bilər.

Əgər gətirilən malın dəyəri 1000 dollar aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan məbləğə tətbiq ediləcək. Belə ki, əgər malın ümumi dəyəri 1200 dollardırsa, yalnız 1000 dollardan artıq olan hissənin 200 dolların 36 faizi ödənilir.

Həmçinin internet sifarişi əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə «Azərpoçt» MMC-də yeni «SMS-bildiriş» xidmətinin tətbiqinə başlanılıb. Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişinin üzərində alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq SMS-bildiriş göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir.