Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi mart ayında ikigünlük kurs təşkil edəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi 17-18 mart tarixində jurnalistlər, bloqerlər və İKT ilə maraqlanan tələbələr üçün ikigünlük kurs təşkil edəcək. Məqsəd “Elektron hökumət” quruculuğundan, informasiya cəmiyyətinin formalaşmasından yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək və bu sahə üzrə maarifləndirmə işinə təkan verməkdir. Kursun tədris proqramı jurnalistlərin rəyi nəzərə alınmaqla tərtib ediləcək. Kurslar RYTN-in mütəxəssisləri, həmçinin İKT sahəsində tanınmış ekspertlər tərəfindən keçiriləcək. Kursun sonunda iştirakçılara sertifikat və elektron imza təqdim ediləcək. İştirak etmək istəyən şəxslər “www.e-gov.az” portalının “Media” bölməsinin “Elanlar” hissəsində qeydiyyatdan keçməlidirlər. Xəbər ictnews.az saytında dərc edilmişdir.