TRT Avaz telekanalı "ASAN xidmət" haqqında xüsusi reportaj yayımlayıb
Türkiyənin TRT Avaz telekanalı "ASAN xidmət" haqqında xüsusi reportaj yayımlayıb. AzərTAc xəbər verir ki, reportajda "ASAN xidmət" sayəsində bürokratik əngəllərin aradan qaldırıldığı, Azərbaycan vətəndaşlarının sürətli və müasir xidmətə qovuşduqları qeyd olunur. Bildirilir ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlara bir sıra dövlət qurumları və özəl təşkilatlar tərəfindən 200-dən artıq xidmət göstərilir. Reportajda səyyar “ASAN xidmət”dən bu günə kimi 130 minə yaxın vətəndaşın yararlandığı vurğulanır.