Yanvarda “Elektron hökumət” portalı vasitəsilə 60 min mobil cihazın qeydiyyatı aparılıb

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidməti mobil cihazlarını qeydiyyatdan keçirənlərin işini asanlaşdırıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, yanvar ayında “Elektron hökumət” portalı vasitəsilə sözügedən e-xidmətdən 59 455 dəfə istifadə olunub.

Qeyd edək ki, sözügedən xidmət vasitəsilə mobil cihazların qeydiyyatdan keçirilməsi və rüsumun onlayn qaydada ödənilməsi mümkündür.