Maliyyə Nazirliyinə daha bir səlahiyyət verildi

Azərbaycanda Maliyyə Nazirliyinə daha bir səlahiyyət verilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə” fərmanında qeyd olunur ki, nəzarət markalarının hazırlanmasını təmin edəcək mərkəzi icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi müəyyən edilib.

Qanuna əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürüləcək. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Xəbər Lent.az saytından götürülüb