Təhsil Nazirliyi uşaq bağçalarına lisenziya verdi

Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində lisenziya verilmiş özəl məktəbəqədər təhsil müəssisələrinin sayını açıqlayıb. Lent.az-ın məlumatına görə, bu müəssisələrin sayı 11-dir. Bunlar “Beybi Smayl” uşaq bağçası, “Şəhrizad” körpələr evi uşaq bağçası, “Albalı” uşaq bağçası, “Güvən” körpələr evi uşaq bağçası, “Olimp – H Uşaq Bağçası” MMC, “Pleyorena” məktəbəqədər tərbiyə müəssisəsi, “Yeni Nəsil” körpələr evi - uşaq bağçası MMC, “Yeni Nəfəs” uşaq bağçası, “Günəş” məktəbəqədər tərbiyə müəssisəsi, “Göy Qurşağı 2013 Uşaq Bağçası” MMC və “Sehrli Aləm” körpələr evi-uşaq bağçasıdır.

Mənbə: Lent.az