Poçt xidmətinin izlənilməsi elektronlaşdırıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) daha bir xidmətini “Elektron hökumət” portalı üzərindən göstərməyə başlayıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, RYTN-in “Poçt göndərişlərinin izlənilməsi” xidməti portala inteqrasiya olunub.
Bu xidmət vasitəsilə RYTN-in “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.
Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13
simvoldan ibarət ştrixkod nömrəsini  müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə
verilən qəbzdə göstərilir.
Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstəril

Mənbə: ictnews.az