Azərbaycanda daha bir şirkət qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə lisenziya alıb

QKDK tərəfindən “Tuna” şirkətinə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət ilə məşğul olmaq üçün lisenziya verilmişdir.

13 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Tuna” şirkətinə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilmişdir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 2 depozitar, 3 bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı, 1 fond birjası, 1 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

Mənbə: http://www.scs.gov.az/