|
ProDemos
“ProDemos” İctimai Birliyi bir qrup ictimai fəal gənc tərəfindən 17 sentyabr 2008-ci ildə təsis edilmişdir. Təşkilat 24 dekabr 2008-ci ildə dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas məqsədi ölkəmizdə demokratik və mənəvi dəyərlərin bərqərar olmasına dəstək üçün hüquqi maarifləndirmənin həyata keçirilməsindən ibarətdir. Təşkilat fəaliyyətində korrupsiyaya qarşı mübarizə tədbirlərini prioritet sahə kimi müəyyən etmişdir.
Antikorrupsiya Araşdırmalar Mərkəzi
“Antikorrupsiya Araşdırmalar Mərkəzi” korrupsiyaya qarşı mübarizə sahəsində araşdırmalar, monitorinqlər aparmaq, konsepsiyalar, proqramlar və təkliflər hazırlamaq məqsədi ilə yaradılmış qeyri hökumət təşkilatıdır. Təşkilat həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, normativ hüquqi sənədlərin korrupsiyaya qarşı mübarizə baxımından ekspertizasının həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğunluğu üzrə araşdırmalar həyata keçirir.
|