19.07.2010 | Azərbaycan Respublikasının “Yol Hərəkatı haqqında” qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər
İ. İnzibati Xətalar Məcəlləsi üzrə
A.Aşağıdakı hərəkətlər inzibati xətalar
siyahısına əlavə edilmşdir.
1.151.1-ci maddəyə (Nəqliyyat vasitəsinin sürücüləri tərəfindən
yol hərəkəti qaydalarının pozulması) əlavə edilmişdir və 15 manatdan 20 manatadək cərimə ilə cəzalandırılır.
-avtomagistralda
və ya yaşayış zonasında hərəkət etmə qaydalarının pozulması
-əks
istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının
pozulması
-ümumi
istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 (Avtobusun və
ya trolleybusun dayanacaq yeri), 5.13 (Tramvayın dayanacaq yeri) yol nişanlarından 15 metrdən az yaxınlıqda
digər nəqliyyat vasitələrinin dayanma və ya durma
-səkilərlə
və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsi
-piyada
keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya
svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya
daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq
yol verilməməsinə
2.151.2-ci maddəyə (Nəqliyyat
vasitəsinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) əlavə edilmişdir və 20 manatdan 40 manatadək cərimə ilə cəzalandırılır.
-əks istiqamətli hərəkət zolağına çıxmaqla
ötmə və ya manevr etmə
-ümumi istifadədə olan nəqliyyat vasitəsini
sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən
edilmiş dayanacaq meydançalarından və ya 5.12 (Avtobusun və ya trolleybusun dayanacaq yeri), 5.13 (Tramvayın
dayanacaq yeri) nişanları
ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına
-keçid üstünlüyü hüququna malik
olan nəqliyyat vasitəsinin müşayiət
etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi
3.152.3-ci maddəyə (Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan
şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi) əlavə
edilmişdir və 80 manatdan 100 manatadək cərimə ilə cəzalandırılır.
-nəqliyyat vasitəsini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə
4.155.7-ci maddə kimi yeni redaksiyada 155-ci maddəyə əlavə edilmişdir.
Bundan əvvəl oxşar tərkib 155.2.4-cü maddə ilə cəzalandırılırdı.
-Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan
xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat
vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma
nişanları ilə təchiz edilməsinə,
habelə nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə
cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud
əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə
edilməsinə görə -
B.Tətbiq edilən sanksiyalara aşağıdakı
dəyişikliklər edilmişdir
-154 –cu
maddənin (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın
keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük
vəsiqəsinin verilməsi qaydalarının pozulması)sanksiyasında 15 manatdan 20 manatadək sözləri
30 manat sözləri ilə əvəz edilib.
-155.6-cı
maddə - Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə
saxlamaqla ondan istifadə etməsinə görə -50 manat miqdarında cərimə
edilir.
Bu hərəkət 155.1.3 maddədən çıxarılaraq yeni
155.6-cı maddə kimi əlavə edilmişdir.
-Nəqliyyat
vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq
siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə
sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat
vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə
mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini
nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya
inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə qırx
manatdan altmış manatadək miqdarda cərimə edilir.”;
C.İnzibati xəta haqqında işə baxılması qaydası
421.3-cü
maddəyə edilən dəyişiklərdən sonra:
Nəqliyyat
vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına (sürücülük vəsiqəsinin
alınması ilə nəticələnən) səbəb ola bilən inzibati xətalar haqqında işlərə barəsində
icraat aparılan şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə baxıla bilər. Dəyişikliklərdən
əvvəl bu xətalara ancaq nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer üzrə
baxılırdı.
II. Yol hərəkəti haqqında Qanun üzrə
1.Minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə
və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
2.“Yaşayış məntəqələrindən kənarda,
habelə yaşayış məntəqələrində 5.1 (Avtomagistral)və ya 5.3 (Avtomobillər üçün yol) nişanları ilə işarələnmiş yolun hərəkət
hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət
etmək qadağan edilir.
3.Yeni “A1” kateqoriya sürücülük vəsiqəsi təsis edilir. A1 sürücülük vəsiqəsi
mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox
olmayan motosikletləri idarə etmək üçün verilir;
4.Yaşayış məntəqəsinin anlayışı dəqiqləşdirilir. - Yaşayış məntəqəsi
aşağıkdakı nişanları ilə işarələnmiş, əhalinin
yığcam məskunlaşdığı ərazidir.
5.22 Yaşayış məntəqəsinin baçlanğıcı
5.23 Yaşayış məntəqəsinin qurtaracağı
5.24 Yaşayış məntəqəsinin başlanğıcı
5.25 Yaşayış məntəqəsinin qurtaracağı
Ağ
fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən
müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları
yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu
yolda tətbiq olunmadığını göstərir;
5.Yaşayış zonalarında və həyət ərazilərində hərəkət sürəti saatda 20
kilometrə məhdudulaşdırılır. Yaşayış zonası yaşayış məntəqəsindən bir birindən fərqləndirilir
və yaşayış zonası dedikdə binaların həyətləri, yaşayış həyətləri və əhalinin
sıx yaşadığı yaşayış massivləri başa düşülürvə 5.51 və 5.52 nişanları ilə işarələri ilə nişanlanır.
6.Nəqliyyat vasitəsi, sənədlərin (sürücülük vəsiqəsini, etibarnaməni və
s.) yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər.
7.Nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən
sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə
yaratdıqda yol polisi yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat
verilməklə həmin nəqliyyat vasitəsini təqib edə bilər