Hörmətli İstifadəçilər,
www.rusum.az internet portalı qısa müddət ərzində istifadəyə verilməsinə baxmayaraq, onun təkmilləşdirilməsi üçün Sizlər tərəfindən çoxsaylı rəy və təklilər təqdim edilmişdir. Biz bütün rəy və təkliflərinizi təhlil edib və ümümuləşdirmişik. Mümkün qədər qısa müddət ərzində bu təkmilləşdirmələrin reallaşması üçün tərəfimizdən tədbirlər həyata keçiriləcəkdir. Bir daha, ümumi işimizə tövhə verdiyiniz üçün Sizə öz təşəkkürümüzü bildiririk.
Saytın təkmilləşdirilməsi üçün təkliflər əsasən aşağıdakılardan ibarətdir.
Saytın Rus və İngilis dili versiyalarında hazırlanması
Rüsum və tariflərlə əlaqədar Online hüquqi yardım xidmətinin yaradılması
Rüsum.az saytında Forumun yaradılması
Faydalı məlumatlar qismində:
Dövlət orqanlarının Qaynar xət nömrələrinin verilməsi
Xarici pasportun alınması qaydalarının təsviri
Sahibkarlıq fəaliyyəti ilə bağlı rüsumların daha ətraflı verilməsi
Sahibkarlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan ayırmalar barədə ətraflı məlumatlar
Evin tikilməsi zamanı lazım olan sənədlərin alınması üçün ödənilən rüsumlar və tələb edilən sənədlər barədə daha ətraflı və izahedici məlumatların verilməsi
Vergi məcəlləsi, əlavə dəyər rüsumları və aksiz dərəcələrinin tarifləri haqqında ətraflı məlumat
Torpaq sahələrinin alınması qaydaları və proseduraları barədə ətraflı və izahedici məlumat
Bələdiyyələr tərəfindən tətbiq edilən vergilər və rüsumlar barədə ətraflı məlumat.
Rüsum və tariflərlərin tətbiqi üzrə dövlət qurumları tərəfindən hüquqpozmalara yol verildikdə vətəndaşlar tərəfindən şikayət mexanizmləri